30 Yanvar 2018 10:25
4 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:32

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar siyahısını təqdim edib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, qadağalar siyahısına 114 rusiyalı siyasətçinin, 96 biznesmenin adı daxil edilib.

***

10:00

Siyahıya Rusiya hökumətinin nümayəndələri, siyasi liderlər, o cümlədən Dövlət Duması və Federasiya Şurasının üzvləri, RF Təhlükəsizlik Şurasının və dövlət şirkətlərinin rəhbərləri daxildir:

“Sanksiyalar Rusiya Prezident Administrasiyasının bütün rəhbərliyinə şamil edilib. Siyahıda administrasiyanın rəhbəri Anton Baynonun, onun birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenkonun, müavinləri Maqomedsalam Maqomedov, Vladimir Ostrovenki, Dmirti Peskovun, Prezident protokolunun rəhbəri Vladislav Kitayevin də adları var”.

***

10:13

Qadağalar siyahısına Rusiyanın baş naziri Dmitri Medvedevin və Xarici İşlər naziri Sergey Lavrovun da adları daxil edilib:

“Bu şəxslərdən başqa ABŞ Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov, baş nazirin müavinləri Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodets, Dmirti Kozak, Dmitri Roqozin, rusiyalı nazirlər Mixail Abızov, Aleksandr Tkaçev, Vladimir Puçkov, Nikolay Nikiforov, Mixail Men, Vladimir Medinski, Sergey Şoyqu, Maksim Oreşkin, Olqa Vasileva, Aleksandr Novak, Aleksandr Qaluşka, Anton Siluanov, Veronika Skvortsova, Denis Manturov, Vladimir Kolokovtsev, Aleksandr Konovalov, Maksim Topilin, Sergey Donskoy, Lev Kuznetsov, Pavel Kolovkov və Maksim Sokolova qarşı sanksiya tətbiq edəcək”.

***

10:22

Siyahıda bəzi biznesmenlərin adları da var:

“Bunlar arasında “Novateka”nın rəhbəri Leonid Mixalson, “Rossetey”in sabiq rəhbəri Oleq Budarqin, “Rossiya”, BTB və Sberbankın sədrləri Nikolay Şulqinov, Andrey Kostin və Qerman Qref, “Yandeks” və “Mail.ru Qrup”un yüksək vəzifəliləri, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov, oliqarlar Roman Abromoviç, Alişer Usmanov, Süleyman Kərimov, Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov və Qod Nisanovdur”.

Qeyd edək ki, Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov və Qod Nisanov azərbaycanlıdır.

***

ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı"na daxil edilən şəxslərə qarşı heç bir qadağa tətbiq olunmur.

Bununla bağlı ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırlanmış siyahı ABŞ Konqresində müzakirəyə çıxarılacaq:

"Müzakirələrdən sonra konqresdə səsvermə keçiriləcək. Konqres üzvləri sənədin lehinə səs versələr, qəbul ediləcək. Bu müddətdə isə sanksiyalar adları çəkilən şəxslərə aid deyil".


Müəllif: Samir

Oxşar xəbərlər