İsrail ikinci əl təyyarələrin satışına başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ilk razılaşma Macarıstanla imzalanıb.
İmzalanma prosesi İsrail baş naziri Benyamin Netanyahu ilə macar həmkarı Adrey Plenkoviç arasında baş tutub.
Razılaşmaya əsasən, 500 milyon dollar qarşılığında İsrail Macarıstana 30 ədəd ikinci əl F-16A və F-16B qırıcıları verəcək.
Qeyd edək ki, İsrail hökuməti 36 il müddətində istifadə edilən təyyarələri ötən il ordunun balansından çıxarmışdı.