4 Fevral 2018 01:54
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi İstanbulun Atatürk hava limanına eniş edərkən Türkiyənin "Pegasus" aviaşirkətinin həmin an havaya qalxmaqda olan laynerinin 250 metrliyindən keçib.

Teleqraf.com xəbər verir ki, Moskvadan uçan təyyarənin pilotu güclü külək üzündən birinci cəhddə eniş edə bilməyib.

Bu səbəbdən hava gəmisi təyyarələrin uçuş trayektoriyasına daxil olub.

İstanbuldan İzmirə uçmaq üçün yuxarı doğru sürət yığmaqda olan təyyarənin pilotu toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib. Rusiya layneri həmin zaman əks istiqamətdə dönüş edib.

Bundan sonra Rusiya təyyarəsi eniş edib, Türkiyə layneri isə uçuşunu davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyənin aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər