Şimali Koreyanın “Samciyon” orkestri Cənubi Koreyaya gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 23 nəfərdən ibarət qrup avtobusla sərhəd xəttini keçərək, Seula çatıb.
Musiqiçilərin 140 nəfərdən ibarət qrupu isə fevralın 6-da Seula gələcək.
Qrup fevralı 8-də Kannında, fevralın 11-də isə Seulda böyük konsert verəcək. Biletlər artıq satışa çıxarılıb.
Məlumatlara görə, Şimali Koreyadan olan orkestr fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya Oyunlarının açılış və qapanış mərasimində çıxış edəcək.
Qeyd edək ki, Kim Yon Nam Qış Olimpiya Oyunlarında Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək.