Livan ordusu döyüşə hazırlıq vəziyyətinə gətirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Livan Prezidenti Mişel Avn tapşırıq verib.
Prezident qərarını Baş nazir Saad Həriri, Baş qərargah rəisi Cozef Avn və bəzi yüksək rütbəli şəxslərin iştirak etdiyi “Livan təhlükəsizliyi” iclasında açıqlayıb.
Toplantıdan sonra yayımlanan açıqlamada İsrailin ölkəyə quru və dəniz sərhədlərindən ediləcək hər hansı hücuma qarşılıq verilməsinin vacibliyi qeyd edilib.
İsrailin Livan ilə sərhəddə inşa edəcəyi divarın bu ölkəyə hücum kimi qəbul ediləcəyinin vurğulandığı açıqlamada Beyrutun Tel-Əvivin bu qərarının qarşısını almaq üçün bütün lazımı tədbirlər görəcəyi bildirilib.