10 Fevral 2018 12:58
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı 26 ölkədə 30 milyondan çox insanın aclığını önləmək üçün 1,6 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, təşkilatın 2018-ci illə bağlı çağırışında qeyd edilir ki, təcili qida ehtiyacını ən çox hiss edən ölkə Yəməndir.

Yəməndə 5,7 milyon insanın gündəlik qidaya ehtiyacı var. İkinci yerdə Demokratik Konqo Respublikası gəlir. Burada 2,8 milyon insan qida çatışmazlığından əziyyət çəkir.

Cənubi Sudanda 3,9 milyon, Somalidə 2,7 milyon, Suriyada isə 2,3 milyon insan qida problemi yaşayır.


Müəllif: Cavad

Oxşar xəbərlər