ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conni Mayklın “İsgəndər” sistemlərinin Kalininqrad bölgəsinə yerləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə Rusiyanın cavabı gecikməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Yuri Şvıtkin danışıb.
Onun sözlərinə görə, Rusiya vacib bildiyi istənilən bölgədə silahlarını yerləşdirəcək:
“ABŞ-ın Rusiya ilə sərhəd ölkələrə müdafiə sistemləri yerləşdirməsi gərginliyi artırmaq üçün atılan addımdır və Moskva bunu cavabsız qoymayacaq”.
Qeyd edək ki, Maykl “İsgəndər” sistemlərinin iki ölkə arasındakı razılaşmaları pozmadığını, lakin Rusiya və qonşu ölkələr arasında böhrana səbəb olacağını bildirib.