12 Fevral 2018 01:51
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı həmkarı Vladimir Putinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan baş verən dəhşətli faciədən dərin üzüntü keçirdiyini Putinin diqqətinə çatdırıb.

Ərdoğan faciə zamanı yaxınlarını itirənlərin ailələrinə və rus xalqına dərin-hüznlə başsağlığı verib, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib.

Türkiyənin baş naziri Binəli Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedevə baş vermiş qəza ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, ötən gün Rusiyanın Аn-148 sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.


Müəllif: Ayxan

Oxşar xəbərlər