Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Hulusi Akar dindiriləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Ağır Cinayətlər Məhkəməsi qərar verib.
Qərara əsasən, Akar Fətullahçı terror təşkilatının 15 iyul uğursuz hərbi çevrilişə cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində şahid qismində fevralın 19-da məhkəməyə gələcək.