13 Fevral 2018 10:45
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) daha bir il Aden körfəzində xidmət aparacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib. Qərar Rəsmi qəzetdə yayımlanıb.

Qərara əsasən, türk ordusu Aden körfəzi və Somali sularında quldurlara və silahlı qarətlərə qarşı təhlükəsizlik fəaliyyətini 2019-cu ilin fevralınadək davam etdirəcək.

Qeyd edək ki, TSQ 2009-cu il fevralın 10-dan bu bölgədə xidmət aparır.


Müəllif: Samir

Oxşar xəbərlər