15 Fevral 2018 21:44
2 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı porno ulduz Stormi Daniels ABŞ prezidenti Donald Trampla olan münasibətlərini çılpaqlığı ilə ictimaiyyətə açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə aktrisanın meneceri Gina Rodrigez bildirib.

O, qeyd edib ki, Trampın vəkili Maykl Kohenin Stormiyə susması üçün 130 min dollar ödədiyinə dair açıqlaması aktrisanı qəzəbləndirib: "Gizlilik sövdələşməsini Tramp tərəf pozub. İndi Stormi Daniels hər şeyi danışmaqda sərbəstdir və Trampla olan hekayəsini anladacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın porno ulduz Stormi Danielsə 130 min dollar pul təklif etdiyini vəkili Maykl Kohen etiraf edib.

"The Wall Street" jurnalı yazır ki, Tramp və Stormi 2006-cı ildə Leyk Tahoe şəhərində keçirilən qolf turnirində tanış olublar və o ərəfələrdə ikili arasında yaxın münasibət yaşanıb.

2016-cı ildə Tramp ABŞ prezidenti seçiləndən sonra Stormi Danielsin danışmaması üçün ona 130 min dollar pul ödəyib. Xəbərdə qeyd olunub ki, Trampın vəkili Maykl Kohen 2016-cı ilin oktyabrında Stormi ili bir araya gəlib və ona pulu verib.

Qeyd edək ki, başqa bir porno ulduz Cesika Dreyk də prezident Trampın uzun illər əvvəl ona təcavüz elədiyini söyləyib.


Müəllif: Ayxan

Oxşar xəbərlər