PKK, PYD, YPG, FETÖ və digər terror şəbəkəsi mənsublarına qucaq açan Avropa Birliyi ölkələri Türkiyə ilə viza sadələşdirilməsi üçün Ankaraya alçaldıcı şərtlər irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Avropa Birliyi Türkiyə ilə viza sadələşdirilməsinə getməyin qarşılığında qardaş ölkənin terrorla mübarizə haqqında qanunun sadələşdirilməsi və Afrin əməliyyatının başa çatdırılmasını tələb edib.
Bu açıqlama Avropa Birliyi xarici işlər nazirlərinin Sofiyada keçirdiyi toplantı zamanı ortaya atılıb. Belə bir təkliflə Belçika Xarici İşlər naziri Didier Reynders çıxış edib.
Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik isə bəyan edib ki, “Terrorla mübarizə haqqında” qanun müzakirə mövzusu ola bilməz, “Zeytun budağı” əməliyyatı isə sona qədər davam etdiriləcək.