19 Fevral 2018 12:32
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun genişləndirilməsi yanlış addımdır və razılaşmanın pozulmasıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri BETA agentliyinə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu, Avropada təhlükəsizliyi və sabitliyi pozur:

“Biz NATO-lu həmkarlarımızı bir neçə dəfə xəbərdar etmişik ki, bu xətt 90-cı illərdə bağlanmış “heç kim başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini təmin etməyəcək” prinsipini əsas tutan razılaşmanı pozur və Avropanı təhlükəyə atır”.

Lavrov müsahibə zamanı İsrail-Fələstin münaqişəsinə də diqqət çəkib:

“Moskva İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin rəhbəri Mahmud Abbas arasında görüşün təşkili üçün vasitəçilik etməyə hazırdır”.


Müəllif: Samir

Oxşar xəbərlər