20 Fevral 2018 01:43
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ali Hərbi Apellyasiya Məhkəməsi bu gün 96 nəfər mülki vətəndaşı dövlət çevirilişinə cəhd göstərdiyinə görə 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum edib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, daha dörd nəfərə isə ölüm cəzası verilib.

2013-cü il iyulun 3-də Misirdə hərbi çevrilişdən sonra Rabia və Nahda meydanlarının boşaldılması zamanı Buxara əyalətində baş verən qarşıdurmalarda zorakı nümayişçilərə qarşı məhkəmə son qərarını açıqlayıb. Ali Hərbi Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunan qərara yenidən baxmaq mümkün deyil.

Mülki şəxslərin hərbi məhkəmədə mühakimə olunması isə yerli və beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid edilir. Mülki vətəndaşların qanuni hüquqlarından istifadə olunmadığına dair sərt təpkilər göstərilir.

Xatırladaq ki, “Ərəb Baharı” prosesi zamanı 2011-ci ilin yanvarın 25-də Misirdə nümayişlərə qatılan insanların ən vacib tələblərindən biri vətəndaşların hərbi məhkəmələrdə mühakimə olunmasına son verilməsi idi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər