Şimali Koreyadan olan nümayəndə heyəti ABŞ vitse-prezidenti Maykl Penslə görüşdən imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.
O bildirib ki, Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Pxençan şəhərində planlaşdırılan görüşün ləğvi səbəbi məlum deyil.
Qeyd edək ki, Şimali Koreya nümayəndə heyətinə Kim Çen İnin bacısı Kim Yo Çjon rəhbərlik edir.