Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması milli məsələdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı NATO Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, bununla yanaşı Türkiyə İtaliya və Fransanın birgə istehsalı olan EUROSAM sistemlərinin alışı ilə bağlı müqavilə imzalayıb:
“Türkiyə çox dəyərli müttəfiqimizdir. NATO-ya bir çox fərqli yollarla töhfə verir. Suriya və İraqla sərhəddə yerləşməsi İŞİD terror təşkilatı ilə mübarizədə önəmli rol oynayır”.