24 Fevral 2018 16:44
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Serbiyaya MiQ-29 tipli 4 ədəd adi və 2 ədəd təlim-döyüş qırıcı təyyarəsi ilə yanaşı 2 milyon avro da bağışlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Moskvada səfərdə olan Serbiyanın müdafiə naziri Aleksandr Vuliç bildirib:

“Rusiya Müdafiə Nazirliyi bizə böyük köməklik göstərdi. Bu yardım MiQ-29-un gələcək pilotlarının hazırlanmasına sərf olunacaq”.

Qeyd edək ki, Serbiya ona bağışlanan 6 ədəd MiQ-29-un ancaq modernləşdirilməsinə və təmirinə pul xərcləyəcək. Bu isə 50 milyon dollar başa gələcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər