Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasnın Suriyada 30 günlük atəşkəslə bağlı qərarını məmnuniyyətlə qarşılayır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
O əlavə edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü təhlükəyə atan terror təşkilatları ilə mübarizəsini davam etdirəcək.
Aksoyun sözlərinə görə, Türkiyə Şərqi Qutada baş verən hadisələrlə əlaqədar Suriya Prezidenti Bəşər Əsəd rejiminin zəmanətçisi olan İran və Rusiyanı dəfələrlə xəbərdarlıq edib.