26 Fevral 2018 19:43
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyaların ləğvi ilə bağlı Rusiya Avropa Birliyinə yalvarmaq niyyətində deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, buna baxmayaraq, Moskva müttəfiqləri ilə danışıqları davam etdirəcək:

“Biz nə Avropa Birliyinə, nə də Rusiyaya qadağalar tətbiq edən dövlətlərə sanksiyaların ləğvi ilə bağlı yalvarmayacağıq. Biz dialoqun davam etdirilməsinə hazırıq. Rusiya öz qarşısına qoyduğu planla hərəkət edəcək”.


Müəllif: Samir

Oxşar xəbərlər