26 Fevral 2018 23:11
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının erkən yaşda ölkəyə qeyri-qanuni yolla gətirilən yüz minlərlə gəncin deportasiya edilməsi barədə təklifini müzakirə etmədən rədd edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin hökmün icrası üçün əvvəlcə Apelyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

ABŞ-a uşaq yaşda gələn miqrantların qorunmasını təmin edən DACA (Deferred Action for Childhood Arrivals) adlı proqram 2012-ci ildə eks-prezident Barak Obamanın dönəmində həyata keçirilib və bu proqram vasitləsilə gənclərə 2 illik iş icazəsi verilib.

Hazırki prezident Donald Tramp isə hesab edir ki, bu qərar qanuna ziddir. Qeyri-qanuni yolla ölkəyə gələn 700 min gənc martın əvvəlinədək ya sənədlərini düzəltməli, ya da ABŞ-ı tərk etməlidir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər