Fransa polisi 30 ildən çox gizlənən Dino Skalanı həbs edib. Cinayətkar Belçikada bir qadına təcavüz etdikdən sonra sərhədi keçərkən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, 3 uşağı, 1 nəvəsi olan 57 yaşlı, evli Dino Skala 40-dan çox qadına təcavüz edib.
Fransanın Belçika sərhədinə yaxın Pont-sur-Samber ərazisində yaşayan Skala haqqında 1996-cı ildə 19 qadın və uşağa təcavüz ittihamı ilə cinayət işi açılıb.
Bu faktlar üzrə cinayət işi açılsa da cinayətkarın kimliyini aydınlaşdırmaq mümkün olmayıb və istintaq nəticəsiz yekunlaşıb.
Prokuror Jean-Filipp Vicentini Dino Skalanın 13 yaşlı qıza təcavüz etdiyini söyləyib. O bildirib ki, manyakın qurbanlarından biri də 17 yaşlı qız olub.
Nəhayət, qorxunc manyak Belçikada bir qadına təcavüz etdikdən sonra Fransaya keçmək istəyərkən avtomobilinin dövlət nömrə nişanı sayəsində tutulub. Onun həbsi zamanı azı 100 sürücünün DNT analizi yoxlanılıb.
Prokuror deyib ki, Skala həmişə eyni üslubdan istifadə edib: “Sübh saatlarında əsasən səssiz yerləri seçərək və maska geyinərək qurbanlarının üzərinə atılırmış”.