“Şəhid və qazilərimizin bir damla belə qanı yerdə qalmayacaq. Terrorçular və onları dəstəkləyən güc mərkəzlərini mütləq məyus edəcəyik”.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu fikirlər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Azad Suriya Ordusu (ASO) ilə birgə Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının 42-ci günündə bəyanatında qeyd edib.
“Mübarizəni qüvvələrimiz Azad Suriya Ordusunun üzvləri ilə çiyin-çiyinə ən sonuncu terrorçunu məhv edənədək davam etdirəcəyik”, - deyə Hulusi Akar vurğulayıb.
Generalın sözlərinə görə, əməliyyat həm hərbi, həm də insani dəyərlər baxımından digər ölkələrə nümunə göstəriləcək tərzdə icra olunur: “Bölgədəki mülki şəxslərin lazımi ehtiyacları təmin olunur. Səhiyyə və digər yardım materiallarının vaxtında çatdırılması üçün tam dəstək verir”.