4 Mart 2018 14:29
3 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı hərbi əməliyyata ünvanlanmış tənqidlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, o, Türkiyənin hazırkı Suriya siyasətini təqdir edən açıqlama verib:

"Türkiyənin Suriya siyasəti suriyalıların iradəsinə uyğun gerçəkləşdirilib. Bu siyasətin əsasında Suriya məsələsinin dinc yolla həlli dayanır.

Biz əvvəlcə Əsədi öz ordusunu öz xalqına qarşı qaldırmamağa razı salmaq istədik. O bizə qulaq asmadı, qaçqınlar qapımıza gəldi, biz də qardaşlarımıza qucaq açdıq. Doğru da elədik..."

Qeyd edək ki, Əhməd Davudoğlu Türkiyənin Xarici İşlər naziri və Baş naziri kimi mühüm postlarda olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər