ABŞ prezidenti Donald Tramp və İngiltərənin baş naziri Tereza Mey Suriyanın Şərqi Quta şəhərində baş verənləri müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, tərəflər bölgədə yaşanan hümanitar böhrandan narahatlıq ifadə ediblər.
"Baş verənlərə görə məsuliyyəti Əsəd rejimi və ona dəstək olan Rusiya daşıyır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Şərqi Qutada atəşkəs elan olunması barədə qərarına baxmayaraq, Əsədə məxsus hərbi qüvvələr Rusiyanın dəstəyilə bölgədə hərbi əməliyyatları davam etdirirlər.