Ukrayna Prezidenti Petro Poroşenkonun avtomobil korteji yolu keçmək istəyən yaşlı kişini vurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Kiyevdə baş verib.
Şahidlərin sözlərinə görə, avtomobilin siqnal verməsinə baxmayaraq, kişi yola tərəf qaçıb.
Xəstəxanaya çatdırılan şəxsin səhhətinin yaxşı olduğu bildirilir.