Şimali Koreya lideri Kim Çeninin şəxsi məktubu ABŞ Prezidenti Donald Trampa çatdırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məktubu Vaşinqtona Cənubi Koreyanın Pxenyana səfər edən nümayəndəsi Çon İy Yen aparıb.
Qeyd edək ki, Cənubi və Şimali Koreya nümayəndələri arasında görüş martın 5-də keçirilib. Tramp görüşdən sonra yayımlanan bəyanatı müsbət qiymətləndirib.