Türkiyə paytaxtında yerləşən Ankara Vergi İdarəsinin binasına partlayıcı qurğunun yerləşdirilməsinin yeni görüntüləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Polis Baş İdarəsi və Ankara Polis İdarəsi ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə əsaslanaraq şübhəli şəxsin özü ilə gətirdiyi çantanı vergi idarəsinin girişinə qoyduğunu açıqlayıb. Həmin video bu gün internetə yerləşdirilib.
Hücum edən şəxs 1991-ci il Mardin vilayəti doğumlu Ersen Ertoğandır. Onun PKK-nın düşərgələrində təlim aldığı deyilir.
Qeyd edək ki, fevralın 1-də axşam saat 20:03 radələrində baş verən hücum zamanı 4 nəfər yaralanıb.