9 Mart 2018 23:56
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respulikasının rəhbəri Şi Cinpinq ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı onun Şimali Koreyanın nüvə məsələsinin siyasi yolla həllinə üstünlük verməsini təqdir etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Şinhua" xəbər agentliyi məlumat yayıb.

Şi Cinpinq Şimali Koreya ilə ən qısa zamanda dialoqa başlanılacağına və müsbət nəticə əldə olunacağına ümidini ifadə edib.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik nümayəndəsi Çunq Eui-Yonq Donald Trampın Şimali Koreya lideri Kim Çen Inın görüş təklifini qəbul etdiyini və tərəflərin may ayında bir araya gələcəyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər