Çində bir nəfər iki uşağına baxmağa pulu olmadığı üçün 15 aylıq körpəsini internetdə satıb. Uşağın babası bunu bildikdən sonra polisə xəbər verib və bundan sonra körpəni xilas etmək mümkün olub.
Teleqraf.com xəbər verir ki, atası tərəfindən 4 min 200 sterlinqə satılan 15 aylıq körpə babası tərəfindən xilas edilib. Uşaqla görüş zamanı babası göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, 15 aylıq körpənin adı Zenq olub və 22 yaşlı atası tərəfindən satılıb. Uşağı tapan polis onu babasına təqdim edib. Uşağı satan atası və onu alan ailə isə insan alveri cinayətində ittiham ediləcək.