ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın ABŞ-la görüşlər ərəfəsində raket sınağı aparmayacağına söz verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Tvitterdə bildirib:
"Şimali Koreya 28 noyabr 2017-ci ildən etibarən raket sınaqları etməyib və bizim görüşümüzə qədər bunu bunu etməyəcəyinə söz verib. Ümid edirəm ki, onlar bu vədə əməl edəcəklər".