Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yunan həmkarı Prokopis Pavlopulosun "Türkiyə bizi məcbur edərsə atalarımızın etdiyini edərik" fikirlərinə münasibət bildirib.
AKP-nin Sakariya rayon şöbəsinin toplantısında çıxış edən Ərdoğan qeyd edib ki, milli mübarizə dönəmini xatırladanlar yaxın tarixlərinə nəzər salsınlar: " Boyundan böyük danışanlar tarix kitablarını oxusunlar. Sakariya müharibəsində turşu olmaqdan necə qurtulduqlarını, dənizə tökülərək buranı tərk etdiklərini unutmasınlar".