12 Mart 2018 13:23
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının tərəfdarları İngiltərənin London və Mançester şəhərlərində dəmir yolu stansiyalarına hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Türkiyəyə qarşı şüarlar səsləndirərək, PKK lideri Abdullah Öcalanın portretlərini qaldırıblar.

Aksiya qatar səfərlərinin ləngiməsinə səbəb olub. Bəzi vağzallar 3 saat qapalı qalıb.

İngiltərə polisinin nümayəndəsi Mark Klelənd məsələ ilə bağlı açıqlama verərək, bir neçə şəxsin saxlanıldığını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər