14 Mart 17:05

Böyük Britaniya Rusiya ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Britaniyanın Baş naziri Tereza Mey açıqlama verib.

O bildirib ki, bununla yanaşı, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Britaniyaya səfəri də ləğv edilib:

“London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq”.

Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək:

“Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var.”


Müəllif: Samir
Загрузка...