Rusiya Prezidenti Vladimir Putin pivə içməyi xoşladığını deyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Putin bununla bağlı jurnalist Andrey Kondraşovun filmi üçün müsahibə verərkən deyib:
“Ancaq çalışıram ki, az içim. Çünki pivə insanın qarnında piy qatı yaradır və bədənin görkəmini pozur”.
Rusiya prezidenti müsahibəsində öz xoşbəxtliyinin sirrini də açıqlayıb:
“Mən nəyin bahasına olursa-olsun, öz məqsədimə çatmağa çalışıram. Bu, məni xoşbəxt edir”.