Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişindən sonra Türkiyədən bu ölkəyə qaçan 8 FETÖ-çü hərbçinin Türkiyəyə qaytarılması haqda iddianı üçüncü dəfə rədd edib.
Teleqraf.com xəbər verir ki, Yunanıstan məhkəməsi hərbçilərin Türkiyəyə qaytarılmasını qeyri-mümkün hesab edir.
Qeyd edək ki, Yunanıstana qaçan 8 hərbçi bu ölkədən siyasi sığınacaq istəyib.