Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid ibn Talal “Bloomberg” telekanalına müsahibə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, korrupsiya ittihamı ilə həbs edilən şahzadə azad edilməsi üçün külli miqdarda pul verdiyini etiraf edib:
“Məndən 6 milyard dollar tələb edirdilər. Pul qarşılığında azad edildim”.
Qeyd edək ki, Talal hazırda 18 milyard dollar sərvətə sahibdir.