ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson Texas universitetinin rektoru vəzifəsini tuta bilər.
Teleqraf.com-un məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri məlumatlı mənbəyə istinadla məlumat yayıb. Texas universitetinin seçki komissiyasının üzvləri bu universitetin məzunu olan sabiq dövlət katibinin namizədliyini irəli sürüblər.
Tillerson özü isə istefasından sonra məşğul olacağı sahə barədə heç bir məlumat verməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 13-də Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq yeni dövlət katibi vəzifəsinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri Mayk Pompeonu təyin edib.