PKK terror təşkilatının İraqın Haftanin bölgəsindəki təlim düşərgəsi bombalanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum Türkiyənin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Hücum zamanı 4 terrorçu və silahlıların 1 sığınacağı məhv edilib.
Əməliyyatdan sonra PKK-nın düşərgəni tərk etdiyi bildirilib.