Fransız astroloqu, fizik və kahini Nostradamusun 2018-ci illə bağlı proqnozları insanda dəhşət yaradır.
Teleqraf.com həmin proqnozların bir hissəsini oxucuların diqqətinə çatdırır.
Nostradamusun kitabında III Dünya Müharibəsinə dair fikirlər yer alıb.
Onun proqnozuna görə, bu il dünya müharibəsinə stimul yaradan bəzi hadisələr baş verəcək. Kahin böyük müharibənin Fransa və Avropada başlayacağını, daha sonra dünyanı bürüyəcəyini iddia edib.
Nostradamus kitabında III Dünya Müharibəsi haqqında belə yazıb:
“Dünyanın iki böyük gücü arasında müharibə başlayacaq və bu müharibə 27 il sürəcək”.
Bəzi mütəxəssislər bu cümləni əsas gətirərək deyirlər ki, müharibə Çin, Rusiya və Şimali Koreya ittifaqı ilə ABŞ liderliyində NATO arasında baş verəcək.
Vezuvi vulkanı oyanacaq
Nostradamus qeyd edib ki, İtaliyada olan Vezuvi vulkanı oyanacaq, 5 dəqiqə ərzində güclü yanğın baş verəcək, 6 min insan öləcək.
Qeyd edək ki, 2016-cı ildə Vezuvi vulkanının faciələrə səbəb olacağını əsas gətirərək ərazidə yaşayan 1,5 milyon insana xəbərdarlıq edilib. Bölgədə ümumilikdə 3 milyona yaxın insan yaşayır.
Vaxtilə Veziuvi vulkanının püskürməsi nəticəsində antik Pompey şəhəri dağılaraq tarixdən silinib.
Çoxsaylı zəlzələlər
Kahin 2018-ci ildə ABŞ-da böyük fəlakətlərin baş verəcəyini iddia edib. Məhz bu il ABŞ-ın qərbində güclü zəlzələ meydana gələcək və təkanlar dünya fəlakətini tezləşdirəcək.
Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi Nostradamusun irəli sürdüyü proqnozları doğruldub.
Asteroid müharibəsi
Nostradamusa görə, 2018-ci ildə dünyada göy cisimləri bir-birinə dəyəcək. Kahin kitabında “Səmada görünən bir sıra ulduzlarla yanaşı, böyük fəlakətlər baş verəcək” cümləsini qeyd edib.
Xatırladaq ki, hazırda dünyaya asteroid və ya ulduz düşməsi ehtimalı haqqında danışılsa da, NASA ən azı yaxın 100 ildə belə bir fəlakətin baş verməyəcəyini bəyan edib.
İqtisadi süqut
Nostradamusun kitabında “zənginlər ölüb diriləcək” cümləsi də yer alıb. Bir çox mütəxəssislər bu cümləni III Dünya Müharibəsindən sonra dağılacaq iqtisadiyyatla əlaqələndirir və deyirlər ki, yeni müharibə olsa, iqtisadi böhranlar baş verəcək.
Nostradamusa görə, inkişaf insan ömrünü 200 ilə qədər uzadacaq. Mütəxəssislər bu fikri yaşlı birinin daha cavan görünməsi kimi şərh edirlər.
Daha bir təəccüblü proqnoz odur ki, 2018-ci ildə insanlar heyvanlarla danışa biləcək, körpə sahibi olmaq istəyən insanlar qanuni icazə və ya lisenziya almaq məcburiyyətində qalacaq, dil fərqi aradan qalxacaq və istiləşmə səbəbindən dəhşətli yanğınlar baş verəcək.
Proqnoza görə, III Dünya Müharibəsindən əvvəl bu hadisələrin işartısı olmalıdır.