27 Mart 2018 11:29
3 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kemerovo şəhərində etiraz aksiyası başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nümayişçilər martın 24-də şəhərdəki ticarət mərkəzlərindən birində baş verən və 64 nəfərin ölümünə səbəb olan faciədə rəsmi orqanların yaydığı məlumatların yalan olmasına etiraz ediblər.

Onların fikrincə, faciə zamanı göstəriləndən çox insan həlak olub və yanğını söndürənlər hadisəyə vaxtında müdaxilə etməyib.

Onlar Kemerovo vilayətinin qubernatorunun istefasını tələb ediblər.


Müəllif: Samir

Oxşar xəbərlər