Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərindəki ticarət mərkəzlərindən birində baş verən və 64 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı iclas keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasda fövqəladə hallar və səhiyyə nazirləri, Rusiya İstintaq komitəsinin nümayəndələri, Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev iştirak edib.
Kemerovo meri İlya Sedyukun iclasda iştirak etməməsi isə Putini qəzəbləndirib:
“Mer haradadır? İclasda niyə iştirak etmir?”
Putin iclas zamanı bildirib ki, həmin ticarət mərkəzində son 2 ildə heç bir yoxlama aparmayıb.
O, günahkarların dərhal cəzalandırılması ilə bağlı Rusiya İstintaq Komitəsinə tapşırıq verib.
Bundan sonra Putin faciə zamanı xəsarət alanların yerləşdirildiyi xəstəxanaya gedib.