Ərə getmək istəməyən 16 yaşlı yeniyetmə qız valideynləri tərəfindən işgəncələrə məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
Qız ilə müqavilə əsasında ailə həyatı qurmaq istəyən şəxs onun ana və atasına 20 min dollar ödəyib.
Yeniyetmə buna razı olmadıqda isə əvvəlcə valideynləri onu döşəməsilənlə döyüblər. Sonra isə üstünə qaynar yağ tökərək boğmağa çalışıblar.
Məlumatlara görə, valideynlər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar başlanılıb.