28 Mart 2018 12:40
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın baş naziri Castin Trudo iqamətgahsız qalıb.

Teleqraf.com xəbər verir ki, baş nazir paytaxt Ottavada yerləşən 34 otaqlı iqamətgahından istifadə edə bilmir.

100 milyon dollar dəyərində olan binanın ciddi təmirə ehtiyacı var. Onun təmiri üçün 10 milyon dollar lazımdır, lakin baş nazir Castin Trudo ictimai qınaqdan çəkindiyi üçün məsələni Kanada parlamentində müzakirəyə çıxarmaqdan ehtiyat edir. Bu səbəbdən baş nazir ailəsi ilə birlikdə 3 ildir iqamətgahın yaxınlığındakı evdə məskunlaşmalı olub.

Hətta baş nazirə dəstək məqsədilə 35 milyondan çox istifadəçisi olan change.org saytı kampaniya da həyata keçirib.

Kampaniyada baş naziri cəmi 39 şəxs müdafiə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər