"Skripal işi" ilə əlaqədar Avropanın daha üç ölkəsi Rusiyadakı səfirlərini geri çağırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lüksenburqdan sonra Portuqaliya, Malta və Sloveniya Moskvadakı səfirlərini geri çağırıb.
NATO üzvü olan bu ölkələr casus qalmaqalında Böyük Britaniyanı dəstəkləyiblər.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum edilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq, xəstəxanaya çatdırılıblar.