ABŞ Müdafiə Nazirliyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyatlar zamanı öldürülən dinc sakinlərin sayını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu ilin ilk 3 ayı ərzində əməliyyatlar zamanı 14 dinc sakin həlak olub. Bununla da, ümumilikdə əməliyyatlar başlandığı gündən bu yana həlak olan insanların sayı 855-ə çatıb.
Ancaq İngiltərədə yerləşən “Eyrvors” təşkilatı koalisiya hücumları zamanı azı 6200 dinc sakinin həlak olduğunu açıqlayıb.