ABŞ prezidenti Donald Tramp elektron ticarət nəhəngi olan "Amazon"un fəaliyyətini tənqid edib.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitter mikrobloqunda qeyd edib ki, "Amazon" yerli hökumətlərə vergi ödəməməklə yanaşı, pərakəndə satışla məşğul olanların iş yerlərini əllərindən alır: "Poçt xidmətindən şəxsi kuryer kimi istifadə edirlər".
Trampın ötən gün vergi, anti-inhisar və rəqabət məcəllələrinə dəyişiklikləri təsdiq etməsindən sonra "Amazon"un səhmləri ucuzlaşıb.
Bu arada dünyanın ən bahalı ölkələrindən olan İsveçrə hökuməti "Amazon"un ölkəyə buraxılmasına qərar verib. Məqsəd ölkədə artan bahalaşmanın qarşısını almaqdır.