Meksikanın Sakatekas əyalətində insan cəsədlərinin qalıqları olan məzarlar aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə əyalət rəsmiləri məlumat yayıb.
Sakatekas Prokurorluğunun verdiyi məlumata görə, ümumi 8 qəbrdə 13 cəsəd qalıqları tapılıb. Bu cəsədlərin bir çoxunun qadınlara aid olduğu bildirilir.
Mütəxəssislər öldürülərək basdırılan 13 nəfərin 15-60 yaş arası olduqlarını müəyyən ediblər.
"Сəsəd qalıqları elə bir vəziyyətdədir ki, xüsusi tədqiqatlar olmadan identifikasiya prosesini həyata keçirmək çətindir", deyə məlumatda bildirilir.
Qeyd edək ki, Meksikada bu cür dəhşətli tapıntılar ilk deyil. Əvvəllər Qerrero, Verakrus, Morelos əyalətlərində də gizli məzar yerləri aşkar edilib.
Bildirilir ki, adətən, cinayətkarlar öldürülən narkomanların cəsədlərini gizlO dəfn edirlər.