Türkiyə, İran və Rusiya prezidentləri aprelin 4-də Ankarada görüşəcək.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ankaraya aprelin 3-də səfər edəcək.
Türkiyə Prezident Sarayının mətbuat mərkəzinin açıqladığı xəbərə görə, aprelin 3-də Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının yeddinci toplantısı Ərdoğan və Putinin rəhbərliyi ilə keçiriləcək.
Toplantıda Türkiyə-Rusiya əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək. Bundan başqa, regional və beynəlxalq məsələlər mövzusunda da fikir mübadiləsi aparılacaq.
Putin Ankara səfəri çərçivəsində Akkuyu nüvə stansiyasının təməlini qoyacaq.
Aprelin 4-də isə Ərdoğan, Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya mövzusunda müzakirələrə start veriləcək.
Üç ölkə liderinin zirvə görüşü çərçivəsində Ərdoğan və Ruhani arasında ikitərəfli müzakirələr də aparılacaq.