Türkiyə terrorçular qarşı mübarizəsini davam etdirəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Axar deyib.
O bildirib ki, türk ordusu bütün şəhidlərin qisasını alacaq:
"Şəhidlərimizin və qazilərimizin qanı yerdə qalmayacaq. Onların ailələrinin və yaxınlarının göz yaşlarının intiqamı alınacaq. Ən sonuncu terrorçu məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik".