ABŞ-ın Sankt Peterburqdakı Baş konsulluğunun binası önündəki ABŞ bayrağı endirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, konsulluğun bu gün tam boşaldılacağı bildirilib.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
ABŞ da Britaniyaya dəstək məqsədi ilə 60 rus diplomatı deportasiya edəcəyini açıqlayıb. Buna cavab olaraq, Rusiya həm amerikalı diplomatları ölkədən çıxarıb, həm də ABŞ-ın Sankt Peterburqdakı Baş konsulluğunu bağlamaq qərarını verib.